“Miss Azerbaijan 2017” müsabiqəsinin qalibi model Razi Əliyevanın nikahı ötən gün, dekabrın 3-də olub. Bu barədə videogörüntüləri model öz sosial şəbəkə hesabında yayıb.
Nicat adlı oğlanla nikah mərasimi Səadət sarayında baş tutub, daha sonra paytaxtın restoranlarının birində şənlik təşkil olunub. Şənlikdə bəy və gəlinin ailə üzvləri və yaxınları iştirak ediblər. Xüsusi qonaq kimi dəvət olunan Xalq artisti Röya Ayxan qonaqlar üçün öz xitlərini səsləndirib.
Cari ilin iyun ayında Razi (Raziyyat) Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa və digər qanunazid hərəkətlərə məruz qalması barədə məlumatlar yayılıb. Həmçinin Əliyevanın “Mercedes” markalı avtomobili yararsız vəziyyətə salınıb.
View this post on Instagram
View this post on Instagram
[video width="720" height="1280" mp4="https://bakuplus.az/storage/photos/2023/12/saveinsta.app-3249782510459323221_48514887958.mp4"][/video]