Modelyer Elnarə Bəkirovanın atasının qətli ilə bağlı məhkəmə iclası keçirilib. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesinə hazırlıq keçirilib.
Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra dövlət ittihamçısı prosesin məhkəmə baxışına verilməsini təklif edib.
İlk məhkəmə prosesi 6 noyabr tarixinə təyin olunub.
Cari ilin aprel ayında modelyerin atası Kamran Bəkirov 300.000 AZN ilə Ləhiş bağları adlanan ərazidə qətlə yetirilib.