Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən modul tipli xəstəxana fəaliyyətini dayandırıb. Bu haqda bu gün, 28 sentyabr tarixində Oxu.az məlumat yayıb.
28 saylı birləşmiş şəhər xəstəxanasının ixtiyarında olan tibb müəssisəsində müalicə alan son xəstə sağalaraq bu gün evə buraxılıb. Modul tipli xəstəxanada işləyən həkimlər isə öz daimi iş yerlərinə qayıdıblar.
Qeyd olunan xəstəxana kompleksi 2020-ci ilin iyun ayında istismara verilmişdir.