Bakıda ilk dəfə olaraq Moldovanın “Milli Şərabçılıq Günü” qeyd edilib. Bu haqda 9 oktyabr tarixində Oxu.az xəbər verib.
Moldovada rəsmən “Milli Şərabçılıq Günü” bayramı kimi qeyd edilən tədbir Moldovanın Azərbaycandakı Səfirliyinin, Moldovanın “Cricova” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyinin təşkilatçılığı, “The Cheese restaurant”ən və “Qusardan” brendinin dəstəyi ilə baş tutub. Tədbirdə Moldovanın konsulu Nikolai Kojuxari, “Cricova” şərab kombinatının direktoru, satış və marketinq departamentinin rəhbəri və digərlər iştirak ediblər.