Moskvadan Bakıya birbaşa aviareyslər açılıb. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az “Red Wings” aviaşirkətinə istinadən xəbər verir.
Adıçəkilən aviaşirkətin təyyarələri 4 may tarixindən etibarən həftənin cümə axşamı və bazar günləri, Moskvadan Bakıya, 5 may tarixindən etibarən isə bazar ertəsi və cümə günləri reyslər həyata keçirəcək.
Səyahət müddəti 3 saat 30 dəqiqə olacaq. Uçuşlar 100 yerlik müasir komfortlu “SSJ100” təyyarələri ilə həyata keçiriləcək.