Martın 14-dən Moskva-Bakı marşrutu üzrə reyslərin sayı artırılır. Bu haqda APA bu gün, fevralın 26-da məlumat verib.
Moskva-Bakı marşrutu üzrə uçuşların sayı həftədə 14-dən 28-ə çatdırılacaq.
Həmçinin Rusiyada beynəlxalq uçuşların bərpa olunduğu məntəqələrdən Azərbaycana hər istiqamət üzrə uçuşların sayı həftədə birdən dördə kimi çatdırılıb.