Karqo şirkətləri tərəfindən istehlakçıların hüquqlarının pozulması faktları müəyyən edilib. Bu haqda bu gün, 12 aprel tarixində Qafqazinfo məlumat verib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Nəzarəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xarici ölkələrdən yüklərin daşınması üzrə xidmət göstərən “Mover” MMC və “Cargo Line” MMC tərəfindən hüquqpozmalarla bağlı çoxsaylı istehlakçı müraciətlərinə baxılıb.
Müraciətlər, əsasən, bağlamaların çatdırılma müddəti, vaxtı və vəziyyəti barədə məlumatların istehlakçılara düzgün təqdim edilməməsi, bağlamaların itməsi, habelə istehlakçılar tərəfindən ödənilmiş vəsaitin geri qaytarılmaması ilə bağlı olub.
Müraciətlərə baxılarkən istehlakçıların dələduzluğunun ilkin əlamətlərinin müəyyən edilməsi ilə əlaqədar toplanmış materiallar həmin şirkətlərin əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.