Bakının Nəsimi rayonunda yerləşən Muğam parkında gələn ay Tofiq Quliyevin heykəlinin açılışı planlaşdırılır. Bununla əlaqədar parkda və bitişik ərazilərdə hazırda abadlıq işləri aparılır.
Dilarə Əliyeva və Fikrət Əmirov küçələrində asfalt qaşınaraq yenisi ilə əvəz olunur. Yollar müvəqqəti olaraq bağlanıb, hərəkət məhdudlaşdırılıb.
Həmçinin parkda təmizlik və abadlıq işləri həyata keçirilir və güllər əkilir.
Verilən məlumata görə, Tofiq Quliyevin heykəlinin açılışı 7 noyabr tarixində baş tutacaq.
[URIS id=74191]