"Muğan Bank" ASC-nin lisenziyası ləğv edilib. Bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyəti müvafiq qərar verib. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Buna səbəb məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə bankın daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmaması göstərilir.
AMB-dən verilən məlumata görə, bankın bağlanması bank sektorunun dayanıqlığına heç bir təhdid yaratmır.
Bu bankda əhalinin sığortalanmış əmanətləri üzrə kompensasiya ödəniləcək. Bu il oktyabrın 1-nə buradakı kompensasiya olunan əmanətlər 216,7 milyon manatdır və əmanətçilərinin say etibarı ilə 99,9 %-i kompensasiya alacaq.