ÜST meymuynçiçəyi ilə bağlı danışıb. Bu haqda Bakuplus.az APA-ya istinadən xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktoru Hans Klüge bildirib ki, Meymunçiçəyi nə COVID-19, nə də onun ştammıdır.
“Bizim bu virusa qarşı verəcəyimiz reaksiyadan çox şey asılıdır. Çünki meymunçiçəyi həm Avropa, həm də dünya üçün kritik sınaq olacaq”.
H.Klüge bir sıra ölkələr üçün profilaktik tövsiyələrin təkmilləşdirilməsi məqsədilə iş aparıldığını da əlavə edib.