Sabah Azərbaycanda Ümumrespublika Təmizlik Marafonu başlayır. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Hər həftəsonu “Təmiz ölkəm” devizi altında keçirilən təmizlik tədbirlərinin əhatə dairəsi genişlənir. Hər cümə axşamı və şənbə günləri baş tutacaq iməcilik meşə ərazilərini və dəniz sahillərini əhatə edəcək.
Nazirliyin mətbuat katibi İradə İbrahimovanın sözlərinə görə, bir neçə ildir keçirilən və bütün ölkə ərazisini əhatə edən bu cür aksiyalar artıq cəmiyyətin müəyyən təbəqəsində məsuliyyət hissi yaradıb: “Davamlı təmizlik aksiyaları vətəndaşlarımızda cavabdehlik məsuliyyəti formalaşdırır, tullantılarla çirkləndirilmiş yerlərə görə hansısa qurumun deyil, hər birimizin məsuliyyətinin olduğunu başa düşməyə şərait yaradır".