Musiqi məktəblərinə qəbula start verilib. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bu gün saat 12:00-dan etibarən 2024/2025-ci tədris ili üçün nazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbuluna elektron qaydada start verilib.
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul prosesi my.culture.az vahid şəxsi kabineti vasitəsilə 31 may tarixinə qədər həyata keçiriləcək.
Qəbulla bağlı sual yarandığı təqdirdə hər bir rayon üzrə mövcüd olan alternativ dəstək mərkəzlərinə və 147 çağrı mərkəzinə müraciət etmək tövsiyə edilir.