COP29-un prezidenti Pakistan nümayəndəsi ilə görüşüb. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Pakistan baş nazirinin nümayəndəsi, gənclər proqramının sədri Rana Məşhud Əhməd Xanla görüşüb.
Görüş zamanı tərəflər pakistanlı gənclərin COP29-da iştirakını, eləcə də gənclər tərəfindən irəli sürülən iqlim təşəbbüslərini, onların iqlim məsələləri üzrə qərarların qəbulunda iştirakını müzakirə ediblər.