Bakıda Nəbatat bağında iməcilik keçirilib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan və 400 nəfər əməkdaşın cəlb olunduğu tədbirdə 4 hektar ərazidə iynəyarpaqlı ağacların iynələri, qurumuş budaqları və xəzəl yarpaqları təmizlənib, eləcə də parkdakı bütün ağacların dibi bellənib, budaqlar budanıb, qurumuşlar isə çıxarılıb.
Ötən ay “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs kimi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.
[caption id="attachment_35075" align="alignnone" width="800"]
Foto APA.az saytından[/caption]