Nəcməddin Sadıqovun oğlunun biznes ortağı yenidən məhkəmə qarşısına çıxacaq. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən iş adamı Kamal Akimovun barəsindəki qərardan verilən kassasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Ali Məhkəmədə keçiriləcək proses avqustun 22-nə təyin edilib. Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.