Paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə və Tələt Şıxəliyev küçələri təmir olunub. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Uzunluğu 1230, ortalama eni isə 9 m olan ərazidə hazırda piyada səkiləri bərpa olunub. Asfalt örtüyü qaşınaraq yenisi ilə əvəzlənib, yeraltı kommunikasiya xətləri təmir olunub və yollarda müvafiq nişanlar quraşdırılıb.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 8 kilometrə yaxındır.
[caption id="attachment_74556" align="alignnone" width="896"]
Foto AAYDA-nın rəsmi saytı[/caption]