Paytaxtın Nərimanov rayonu, Məsud Əlizadə küçəsi təmir olunur. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Uzunluğu 1620 m olan küçədə hazırda köhnə asfalt örtüyü qaşınır, yeni səki daşları quraşdırılır. Daha sonra əraziyə yeni asfalt örtüyünün döşənməsi və piyada səkilərinin bərpası nəzərdə tutulub. Həmçinin müvafiq yol cizgiləri çəkiləcək, yeni nişanlar quraşdırılacaq, yeraltı kommunikasiya xətləri təmir olunacaq.
Cari il ərzində Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə əsaslı təmir olunub.
[caption id="attachment_74232" align="alignnone" width="640"]
Foto AAYDA-nın rəsmi saytı[/caption]