Paytaxtın Nərimanov rayonu, Məsud Əlizadə küçəsi əsaslı təmir olunub. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Uzunluğu 1620 m olan küçədə köhnə asfalt örtüyü qaşınaraq yenisi ilə əvəzlənib, piyada səkiləri bərpa olunub, yeni səki daşları düzülüb.
Cari il ərzində Nərimanov rayonunda 7,6 km uzunluğunda küçələr əsaslı təmir olunub.