Paytaxt ərazisində daha bir ASAN xidmət mərkəzinin açılması nəzərdə tutulub. Bu haqda BakuPlus Report-a istinadən 1 fevral tarixində xəbər verir.
Bu haqda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, yeni mərkəz Nərimanov rayonu ərazisində olacaq.
Onun sözlərinə əsasən, qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlar həmin mərkəzin xidmətindən yararlana biləcəklər.