Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
23 yaşlı Kamran Rzayev yolu keçən zaman, onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.