Nərimanov rayonunda qadın intihar edib. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
35 yaşlı Y.B. adıçəkilən rayon ərazisində yerləşən yaşadığı evin həyətindəki ağacdan özünü asaraq öldürüb. Onun bu addımı ailədaxili mübahisələrdən bezdiyi üçün atdığı ehtimal olunur.
Faktla bağlı araşdırmalar davam edir.