Bakının mərkəzində daha bir küçə təmir olunur. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Nərimanov rayonunun Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
İşlər 6 iyul saat 08:00-dan etibarən start götürəcək.