top
Nərimanovda MTK rəhbəri 84 mənzili eyni anda 220 şəxsə satıb
15 sentyabr 2022, 08:50
- ↺ +

Nərimanovda MTK rəhbəri 84 mənzili eyni anda 220 şəxsə satıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nərimanov rayonunda MTK rəhbəri sakinlərə qarşı dələduzluq edərək pullarını mənimsəyib. Bu haqda 15 sentyabr tarixində Realtv məlumat verib.

İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında Təbriz MTK tərəfindən tikilən 13 mərtəbəli yaşayış binasının 84 mənzili 220 şəxsə satılıb. Zərərçəkənlər hələ binanın tikintisi zamanı ordan ev almaq üçün MTK-yə müraciət ediblər.  Təbriz MTK-nın təsisçilərindən olan Nofəl Hacıyev dələduzluq məqsədilə evləri onlara ucuz qiymətə satıb. Ev aldıqlarına sevinən sakinlər binanın tikilib başa çatmasını gözləyirdilər, lakin aldıqları mənzillərin onlara təhvil veriləcəyi vaxt çatanda məlum olub ki, bina hələ tam tikilməyib. Təbriz MTK-dan isə əsər-əlamət yoxdur. Aldandıqlarını başa düşən sakinlər daha sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər. Məlum olub ki,  sakinlərə ümumilikdə 15 milyon manatdan çox ziyan dəyib.

Zərərçəkən şəxslər, həmçinin bildirirlər ki, Nofel Hacıyev bu işdə tək deyil. O, MTK-nın digər rəhbər şəxsləri olan Tahir Qədəşov, Gülnarə Rəhmanova, Talış Məmmədov və qardaşı Rövşən Hacıyevlə əlbir olaraq onları aldadıb, pullarını oğurlayıb.

Faktla bağlı vəkil Qabil Məmmədov bildirib ki, Nofel Hacıyev artıq saxlanılıb və Baş prokurorun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində onun barəsidə cinayət işi açılıb.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər