Paytaxtın Nəsimi rayonunda yolun istiqamətində dəyişiklik edilir. Bu haqda BakuPlus.az bu gün, 27 sentyabr tarixində xəbər verir.
Rayonun Rövşən Cəfərov küçəsindən Məmməd Cəfər Cəfərov küçəsinə geriyədönmə yeri dəyişdirilir. Hazırda geriyədönmə yerinin işıqfora yaxın yerləşməsi tıxac ehtimalını artırdığından bu addım atılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlərə canlı qüvvə və texnika cəlb edilib.
[caption id="attachment_71697" align="alignnone" width="640"]
Foto BakuPlus.az[/caption]