Bakının Nəsimi rayonunda növbəti iməcilik keçirilib. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən təmizlik işləri aparılıb. Prospekt və küçələrdə yollarda bordürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafları yuyulub, yağış kürəbəndləri təmizlənib.
Rayonda iməciliklərdə sakinlər, idarə və təşkilatların nümayəndələri də iştirak ediblər. Həmçinin ticarət obyektlərinin vitrinləri yuyulub, ümumi sanitar-təmizlik işləri aparılıb.