Paytaxtın Nəsimi rayonunda hərbi sursat tapılıb. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Əraziyə giriş-çıxış məhdudlaşdırılıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Əməliyyat zamanı 1 ədəd “F-1” əl qumbarası və 5 ədəd bıçaq aşkar olunub. Tapılan silah-sursat ərazidən uzaqlaşdırılıb.
Daha sonra əraziyə yenidən baxış keçirilib və başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.