Payaxtın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində sakinlərlə görüş keçirilib. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə A.Mustafayev, A.Məhərrəmov, H.B.Əliyev, H.Seyidzadə küçələrində yaşayan sakinlər, eləcə də rəsmi qurumların nümayəndələri iştirak ediblər.
Görüşdə binanın fasadının, giriş qapısının, dam örtüyünün, eləcə də zirzəminin təmir edilməsi, həyətin abadlaşdırılması, oturacaqların qurulması, su təchizatında fasilələrin olması barədə məsələlər müzakirə olunub.
Ən sonda sakinləri narahat edən mövzuların həlli üçün yerində müvafiq tapşırıqlar verilib.