Nəsimi rayonunda asfaltlanma işləri yekunlaşıb. Bu haqda 23 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Cəlil Məmmədquluzadə küçəsinin Bakıxanov küçəsi ilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yeraltı su və kanalizasiya xətləri yeniləri ilə əvəz olunub, yola yeni asfalt örtüyü vurulub.
Həmçinin yeni bordürlər qoyulub, piyadaların rahat hərəkəti üçün piyada səkiləri yaradılıb.
Hazırda rayonun digər prospekt və küçələrində yenidənqurma işləri davam etdirilir.
[URIS id=53764]