Nəsimi rayonundan olan şəhidlərin əziz xatirəsi yad olunub. Bu haqda 15 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Nəsimi RİH-nin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igidlərin əziz xatirəsini ehtiramla yad ediblər, məzarları üzərinə gül dəstələri düzüblər.