Nəsimi rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib. Bu haqda 31 mart tarixində Nəsimi Rayon İcra Hakimiyyəti məlumat verib.
Rayon İcra Hakimiyyətinin əməkdaşları Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda şəhid olan igidlərin əziz xatirəsini yad ediblər.
Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər, məzarların üzərinə gül dəstələri düzüblər.