Nəsimi rayonunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ziyarət olunublar. Bu haqda bu gün, 5 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Zəfər günü ərəfəsində İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ziyarət olunub, onlara maddi yardım göstərilib və bayram sovqatları verilib.
Həmçinin vətəndaşları narahat edən məsələlər dinlənilib.
[caption id="attachment_77922" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi[/caption]