Azərbaycanın "Buta Airways" aviaşirkəti Ukrayna hava məkanının bağlanması ilə əlaqədar fevralın 28-nə planlaşdırılan Bakı-Kiyev reysini təxirə salıb. Bu haqda şirkət bu gün, 26 fevral tarixində öz sosial şəbəkələrində məlumat yayıb.
Aviaşirkətdən verilən məlumata görə, mövcud vəziyyətlə əlaqədar olaraq ləğv edilmiş reyslərin sərnişinləri cərimə tətbiq edilmədən uçuş tarixini dəyişə, və ya aviabiletlərini geri qaytara bilərlər.
“Buta Airways” bütün sərnişinləri aviaşirkətin rəsmi sosial media hesablarında ən son uçuş məlumatlarını izləməyə çağırıb:
facebook.com/ButaAirways
instagram.com/ButaAirways
twitter.com/ButaAirways
t.me/ButaAirways