Bakıda narkotik alverçisinə hökm oxunub. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Kənan Əliyev 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirkar ötən ilin oktyabr ayında paytaxtın Qaradağ rayonunda saxlanılmışdı. Onun üzərində 10 kq heroin aşkar edilmişdi.