Bakıda narkotik alveri ilə məşğul olduğu iddia olunan “Uber” taksi sürücüsü saxlanılıb. Bu haqda bu gün, 11 oktyabr tarixində Bizim.Media məlumat verib.
Verilən məlumata görə, hadisə ictimailəşəndən sonra Daxili İşlər Nazirliyi tərəfindən araşdırılıb, sürücü həbs olunub.
Daha öncə məlum olub ki, 01-AG-580 dövlət nömrə nişanlı avtomobili idarə edən taksi sürücüsü Yasamalda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub. Bu barədə jurnalist Könül Aypara öz Facebook səhifəsində yazıb. O bildirib ki, belə hadisələr dəfələrlə təkrarlanır.