Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əkbər İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu haqda bu gün, 27 aprel tarixində APA məlumat verib.
Hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyev tərəfindən oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdur, ona qarşı irəli sürülmüş ittiham əsassızdır. İsayevə bəraət verilib və o, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Əkbər İsayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla həbs olunub. Baxış zamanı ondan satış məqsədilə saxlanılan narkotik aşkar olunduğu iddia olunub.