Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Elnur Bayramov və Nurlana Nehmətovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu haqda 14 mart tarixində Qafqazinfo məlumat verib.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə belə qənaətə gəlib ki, saxlanılma vaxtı ilə onlardan narkotik vasitələrin götürülməsi vaxtı üst-üstə düşməyib. Hər iki ittiham sübuta yetirilməyib. Beləliklə, Bayramov və Nehmətova barəsində bəraət hökmü çıxarılıb.
Hər iki şəxsə qarşı “Bir qrup şəxs tərəfindən satış məqsədilə narkotik vasitəni əldə etmə, saxlama” və “Satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama” maddələri ilə ittiham irəli sürülmüşdü.