Piyadanı vuran taksi sürücüsünə hökm oxunub. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Elmin Mehtizadə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin təqsirkar zərərçəkmişə 9000 AZN ödəməlidir.
Ötən ilin iyul ayında Sabunçu rayonunda 28 yaşlı E.Mehtizadə “Prius” markalı avtomobillə piyada olan 24 yaşlı Xaliq Fehruzlunu vurub. Nəticədə sonuncu dünyasını dəyişib.
Təqsirkar 2021-ci ildə də narkotik üstündə 1 il 9 ay 2 gün müddətinə elektron qolbağa məhkum olunmuşdu.