Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Elşən Əkbərovun məhkəmə prosesi başa çatıb. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudov tərəfindən oxunub. Hökmə əsasən, ittiham öz təsdiqini tapmayıb və Əkbərov məhkəmə zalından azadlığa buraxılıb.
Elşən Əkbərov külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirdi.