“Nəsimi” metrostansiyasının çıxışındakı avtomobil yolunu su basıb.
Bu barədə Bizim.media-ya yerli sakinlər məlumat veriblər.
Onlar bildiriblər ki, yolu bir neçə gündür su basıb.
Sakinlər yolda su borusunun partladığını, suyun axaraq işlək yolu yararsız hala saldığını, yolda hərəkəti çətinləşdirdiyini qeyd ediblər.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.