Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sıxlıq müşahidə edilir.
Bakuplus.az APA-ya istinadən xəbər verir, Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərin Naxçıvandan Bakıya daşınması üçün bütün zəruri tədbirləri həyata keçirir.
“Mövcud vəziyyətin həlli məqsədilə AZAL Naxçıvana əlavə təyyarələr göndərəcək ki, bu da sərnişinlərin Bakıya çatdırılma prosesini sürətləndirməyə imkan verəcək”, - deyə məlumatda bildirilib.
Bu gün bu marşrut üzrə yüksək tələbatı nəzərə alaraq, aviaşirkət 12 reys həyata keçirəcək.