Naxçıvana uçan sərnişinlərə müraciət olunub. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Hava Yolları Bakı ilə Naxçıvan arasında səyahət üçün aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.
Naxçıvan istiqamətində olan uçuşlara tələbat artımı müşahidə olunur. Bununla əlaqədar olaraq AZAL sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.
Hazırda bu marşrut üzrə hər gün 9 reys həyata keçirilir. Zərurət yaranarsa, aviaşirkət bu istiqamət üzrə uçuşların sayını artırmağa hazırdır.