Naxçıvanda meyiti tapılan ADA Universitetinin məzunu barədə araşdırma aparılır. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindiriliblər, habelə iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.
Faktla bağlı “ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb.