Elm və təhsil naziri 160 nömrəli Klassik gimnaziyanın sabiq direktoru Faina Ələkbərova ilə görüşüb. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az nazirliyə istinadən xəbər verir.
Emin Əmrullayev direktora gimnaziyada uzunmüddətli rəhbərliyi dövründə zəngin təhsil yolunu, təhsilin inkişafına verdiyi töhfə və gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli xidmətinə görə təşəkkür edib.
Faina Ələkbərova gimnaziyanın məsləhətçisi təyin olunub.
[caption id="attachment_114248" align="alignnone" width="640"]
Foto edu.gov.az[/caption]