Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bir sıra mənzilləri satışa çıxaracaq.
Trend.az xəbər verir ki, 69 tip üzrə 1162 mənzilin satışa çıxarılması nəzərdə tutulub.
Məlumata əsasən, satışa çıxarılacaq mənzillər 70 binada yerləşir.
Nazirlik artıq qeyd olunan işlərlə bağlı müvafiq işlərə başlayıb.
Belə ki, ƏƏSMN hazırda satışa çıxarılması nəzərdə tutulan mənzillərin real bazar qiymətinin müəyyən edilməsi xidmətini göstərəcək şirkət axtarışındadır.
Nazirlik bu xidməti göstərəcək şirkətə 18 624 manat ödəyəcək.