Bakının Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) maaşların gecikdirilməsi ilə əlaqədar etiraz aksiyası keçirilib. Bu haqda bu gün, 31 mart tarixində APA məlumat verib.
Keçirilmiş aksiya ilə bağlı SOCAR-ın mətbuat xidməti məlumat verib. Verilən məlumata görə, aksiyanın SOCAR ilə əlaqəsi yoxdur, aksiyada iştirak edən əməkdaşlar isə NEZ-nin müvafiq layihəsinə subpodratçı qismində cəlb olunan şirkətin əməkdaşlarıdır.
Ötən gün sosial şəbəkələrdə NEZ-də fəhlələrin etiraz aksiyası keçirmələri ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, türkiyəli subpodratçı şirkət tərəfindən maaşlar bir müddət verilmir.