“Neftçi” Peşəkar Futbol Klubuna (PFK) yeni prezident təyin edilib. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Neftchi.az-a istinadən xəbər verir.
41 yaşlı Fərrux Mahmudov “Neftçi” PFK-nın baş icraçı direktoru təyin edilib.
Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsili alıb. O, 2015-ci ildən “ALTÜST Media” MMC-nin idarəedici direktoru olub, müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.