Neftçilər prospektində təmir işləri davam edir. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az Nəsimi rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Aparılan genişmiqyaslı abadlıq işləri çərçivəsində yeraltı kommunikasiya xətləri bərpa olunur, quyuların qapaqları yenilənir, eləcə də yeni asfalt örtüyü vurulur. Daha sonra müvafiq yol cizgiləri çəkiləcək, yeni nişanlar quraşdırılacaq.
Yenidənqurma işləri davam edir.
[caption id="attachment_107955" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyəti[/caption]