“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
Bakuplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D’Almeyda "Neftçi"yə keçib.
29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Fransanın Bordo şəhərində anadan olan Sessi D’Almeyda eyniadlı klubun yetirməsidir. Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib, son mövsümü “Apollon Limassol”da (Kipr) keçirib.34 matçda meydana çıxıb.