Nicat Abasov İddiaçılar Turnirində məğlub olub. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az xəbər verir.
Azərbaycan şahmatçısı Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar turnirində növbəti görüşünə çıxıb. 28 yaşlı qrosmeyster XI turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib. Abasov hazırda 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. Firuzca isə 4,5 xalla 7-cidir.