Məşhur ifaçı Nigar Camalın adından dələduzluq ediblər. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az xəbər verir.
Elşad Məmmədov adlı şəxs TikTok-da sənətçinin adına saxta hesab açıb. O, müğənninin pərəstişkarlarına Nigar Camalla görüşdürmək vədi ilə onlardan pul götürərək mənimsəyib.
Nigarı sevənlərdən həm də şəkillərini istəyən Elşad Məmmədov daha sonra bu şəkilləri yaymaqla onları şantaj edib.
İfaçı şəxsi İnstagram səhifəsində həmin şəxsi ehtiyatlı olmağa çağırıb.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/03/insta.mp4"][/video]